Cavid Qurbanov Bakı-Gəncə sürət qatarında gediş haqqının aşağı salınmasına aydınlq gətirdi (ÖZƏL)


Digərləri 31 Yan 2019 16:06:32 402 0

Cavid Qurbanov Bakı-Gəncə sürət qatarında gediş haqqının aşağı salınmasına aydınlq gətirdi (ÖZƏL)

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakı-Gəncə-Bakı sürət qatarında gediş haqqının aşağı salınması məsələsinə aydınlıq gətirib.

Bakı. Elçin Mehdiyev - “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakı-Gəncə-Bakı sürət qatarında gediş haqqının aşağı salınması məsələsinə aydınlıq gətirib. C.Qurbanov Trend-ə açıqlamasında bildirib ki, əvvəl standart vaqonlarda gediş haqqı 15 manat müəyyən edilmişdi və həmin qiymətə yemək menyusu da daxil idi: “Sonra qərara gəldik ki, yeməyi sərnişinlər özləri alsa yaxşıdır. Belə başa düşülməsin ki, sanki biz insanları yemək almağa məcbur edirik. İndi kim istəyirsə, ödəniş edib yemək ala bilər. Ona görə də gediş haqqını 10 manata endirdik. Həm də həmin marşrut üzrə avtobuslarda gediş haqqının 10 manat təşkil etdiyini nəzərə alaraq, qiymətlər arasında çox fərq olmasını istəmədik". ASC sədri əlavə edib ki, qatarların sürəti də tədricən artıralacaq: "Dəmir yollarının kənarında təhlükəsizlik gücləndikcə sürət də artırılacaq”.