Almaniya hansı sahələrdə Azərbaycanla əməkdaşlıq etmək istəyir? FOTO


Digərləri 31 Yan 2019 15:14:00 329 0

Almaniya hansı sahələrdə Azərbaycanla əməkdaşlıq etmək istəyir?  FOTO

Almaniya Azərbaycanla enerji, tikinti, kənd təsərrüfatı, turizm, eləcə də peşəkar-texniki hazırlıq sahələrində əməkdaşlığın böyük perspektivlərini görür.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda Azərbaycan-Almaniya yüksək səviyyəli işçi qrupunun səkkizinci iclası çərçivəsində Almaniya İqtisadiyyat və Energetika Nazirliyinin Xarici iqtisadiyyat şöbəsinin rəhbəri Ekhard Frants jurnalistlərə deyib.

O bildirib ki, hazırda, əsasən enerji sektorunda danışıqlar aparılır:

"Almaniya qaz tədarükünün şaxələndirilməsi üzərində işləyir və "Cənub Qaz Dəhlizi" bunda vacib rol oynayacaq".


Xəbərə aid fotolar