Ukraynada ailəni xilas edən azərbaycanlılara daha bir mükafat VİDEO


Digərləri 31 Yan 2019 14:42:00 385 0

Ukraynada ailəni xilas edən azərbaycanlılara daha bir mükafat  VİDEO

Ukrayna Mədəniyyət Nazirliyi Nikolayev vilayətində yanan avtomobildən üç nəfərdən ibarət ailəni xilas edən azərbaycanlı qardaşlar - Ümid və Sabir Şirinovu mükafatlandırıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb. 

Xatırladaq ki, hadisə yanvarın 19-da Zayçevski kəndi yaxınlığında baş verib. Qardaşlar həyatlarını təhlükəyə ataraq, yanan avtomobildəki ailəni xilas ediblər. 

Yanvarın 25-də Ukraynanın Nikolayev vilayət şurasının rəhbəri Viktoriya Moskalenko Ümid və Sabir Şirinovu "Müqəddəs Nikolay Xaçı" ordeni ilə təltif edib. 

Videonu izləmək üçün şəklə klikləyin: