Azərbaycan ilk dəfə “Лiга Смiху 2019” Yumor Festivalında FOTO


Kriminal 31 Yan 2019 14:05:00 569 0

Azərbaycan ilk dəfə “Лiга Смiху 2019” Yumor Festivalında  FOTO

24 yanvar-4 fevral tarixlərində Ukraynanın Odessa şəhərində Ukraynanın Beşinci "Лiга Смiху 2019"  Yumor Çempionatı keçirilir.

"Как по Маслу" komandasının mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Azərbaycan ilk dəfədir ki bu festivalda "Как по Маслу" komandası ilə təmsil olunur. Çempionatda müxtəlif ölkələrdən komandalar iştirak edir, onların arasında Azərbaycan, Belorusiya, Qazaxıstan, Moldova, Rusiya, İsrail, Estoniya və s. ölkələrin tanınmış və yeni komandaları yer alıblar. Birinci turun nəticələrinə görə festivalda iştirak edən 213 komanda arasınnan, ikinci tura vəsiqə qazanan 58 komandanın arasında Bakının "Как по Маслу" komandası da var. 

31 yanvarda keçirilmiş ikinci turun nəticələrinə əsasən 21 qalib komanda seçilərək 2 fevral tarixində keçirilən Qala konsertdə iştirak edəcəklər. Qala konsert Ukraynanın ən reytinqli 1+1 televiziya kanalı vasitəsi ilə yayımlanacaq. Bu qaliblərin arasında Azərbaycanıda təmsil edən komandanın adı var. Və bu tarixi hadisənin 2 fevral Azərbaycan Gənclər Günü ilə üst-üstə düşməsi çox xoş təsadüf oldu.  Qeyd edək ki, şounun aparıcısı Ukraynanın tanınmış şoumeni, produser, kinoprodüser, aktyoru və həmçinin Ukraynanın prezidentliyə namizədi Vladimir Zelenskidir. 


Xəbərə aid fotolar