Komitə: "Yaxın Şərqdə 500dən çox azərbaycanlı ölüb, 21 uşaq kimsəsiz qalıb"


Digərləri 31 Yan 2019 13:44:00 383 0

Komitə: "Yaxın Şərqdə 500dən çox azərbaycanlı ölüb,  21 uşaq kimsəsiz qalıb"

Radikal dini qruplaşmaların tərkibində Yaxın Şərq ölkələrində vuruşan və ölən şəxslərin qadın və uşaqlarının Azərbaycana gətirilməsi istiqamətində bir sıra dövlətlərlə danışıqlar aparılır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov "Dini və ideoloji təhlükəsizlik" mövzusunda keçirilən seminar-müşavirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, radikal qruplaşmaların tərkibində Yaxın Şərq ölkələrində vuruşan 1000-dən artıq azərbaycanlı olub: "Onların 500-dən çoxu orada ölüb, 477 nəfərin vətəndaşlığı ləğv edilib. Valideynləri həmin döyüşlərdə ölən 21 uşaq kimsəsiz qalıb və onlar Azərbaycana gətirilib, yaxınlarına qəyyumluğa verilib. Orada hələ də qadınlar və uşaqlar var, onların gətirilməsi istiqamətində danışıqlar gedir. Hələlik onların verilməsi ilə bağlı problem var. Həbsdə olan və döyüşlərdə iştirak etdiyi üçün edam olunan qadınlar da var. Bəzilərinin məhkəməsi gedir. Qadınlar da özündən asılı olmadan ərlərinin təsiri nəticəsində ora gedib".