Şok kadrlar:


Digərləri 31 Yan 2019 13:47:00 493 0

Şok kadrlar:

Üç qız anası olan Daniela Qalarsa çay istəyən kiçik qızını vəhşicəsinə döyüb. Daha sonra o, 16 yaşlı böyük qızına tərəf gedərək smartfonunu əlindən alıb və "Bir də məni çəksən, başını bədənindən ayıraram" söyləyib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, olay Argentinanın Kordoba vilayətindəki Morteros şəhərində yaşanıb.

7, 11 və 16 yaşlı üç qız anasının qeyri-adekvat, aqressiv davranışının əks olunduğu video sosial şəbəkələrdə yayılandan sonra polis araşdırmalara başlayıb.

Daniela ondan çay istəyən 7 yaşlı kiçik qızını amansızcasına döyəndə baş verənləri qadının böyük qızı mobil telefonu vasitəsilə çəkərək Facebook səhifəsində paylaşıb.


Xəbərə aid fotolar