Şabranda ticarət mərkəzinin qarşısında kişini qanına qəltan etdilər


Digərləri 31 Yan 2019 13:38:00 333 0

Şabranda ticarət mərkəzinin qarşısında kişini qanına qəltan etdilər

Şabran rayonunda qəsdən adam öldürməyə cəhd hadisəsi baş verib.

Son.az xəbər verir ki, rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə yanvarın 30-da rayon ərazisindəki "Aygünlü" Ticarət Mərkəzinin qarşısında baş verib.

Rayonun Aygünlü kənd sakini, 1986-cı il təvəllüdlü Elçin Şükürov sol bazu sümüyü və qarın boşluğuna keçən, sol böyrəyin zədələnməsi, kəsilmiş-deşilmiş yarası ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Daxil olan məlumat əsasında aparılan araşdırma zamanı müəyyən edilib ki, yanvarın 30-da axşam saat 17 radələrində rayon sakini, 1997-cı il təvəllüdlü Fərid Musayev ticarət mərkəzinin qarşısında qısqanclıq zəminində aralarında yaranan mübahisə nəticəsində Elçin Şükürovu öldürmək məqsədilə bıçaqlayaraq xəsarətlər yetirib.