Türkiyədə 2 azərbaycanlı ailənin qan davası


Kriminal 31 Yan 2019 13:28:33 356 0

Türkiyədə 2 azərbaycanlı ailənin qan davası

İstanbulda bir cinayəti araşdıran polis iki azərbaycanlı qrup tərəfindən törədilən silsilə cinayəti ortaya çıxarıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı Gəncəli Əliyevi tapança ilə vuraraq öldürməkdə şübhəli bilinən həmyerlisi Sahib M. uşağını müalicə üçün apardığı xəstəxanada saxlanılıb. Şübhəli ilə yanaşı, yanındakı Turan M. və Rişal H. də tutulub. 

Aparılan araşdırma nəticəsində türk polisi silsilə cinayəti aşkara çıxarıb. 

Məlum olub ki, 2015-ci ildə Sahib M.-in böyük qardaşı Sultangazidə Natiq G. və atası Yapon G. tərəfindən silahla vurularaq qətlə yetirilib. 

2017-ci ildə Sahib M. qardaşının ölümündə təqsirli bildiyi Misirxan Əliyevi Qaziosmanpaşada yanındakı iki dostu ilə birgə təşkil etdiyi silahlı hücumda öldürüb.