Gürcüstandan Azərbaycana qanunsuz yolla siqaretlər, parfümeriya vasitələri və dərmanların keçirilməsinin qarşısı alınıb (FOTO)


Digərləri 31 Yan 2019 13:15:13 286 0

Gürcüstandan Azərbaycana qanunsuz yolla siqaretlər, parfümeriya vasitələri və dərmanların keçirilməsinin qarşısı alınıb (FOTO)

Hər 3 faktla bağlı araşdırma aparılır.

Bakı. Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "Mercedes Benz Travego" markalı nəqliyyat vasitəsi ilə gələn Gürcüstan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin salonunda, arxa oturacaqlarının arxasında və oturacaqların yuxarı hissəsində yük qoymaq üçün istifadə olunan yerlərdən gömrük orqanına bəyan olunmayan 206 ədəd müxtəlif adda parfümeriya vasitələri aşkarlanıb. Bununla yanaşı, Gürcüstandan Azərbaycan Respublikasına "Mercedes Benz E 220 CDI" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin sağ və sol qanadlarında gizlədilmiş 3400 ədəd "Marlboro Gold" və 200 ədəd "Malimbo" markalı siqaretlər aşkar edilib.