Baş nazirin müavini: "Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca qayəsi insanlara qayğı göstərməkdir"


Digərləri 31 Yan 2019 13:00:00 380 0

Baş nazirin müavini: "Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca qayəsi insanlara qayğı göstərməkdir"

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca qayəsi insanlara qayğı göstərməkdən ibarətdir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi - sədr müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinin üzvləri ilə görüşməsi ondan xəbər verir ki, bu gün Azərbaycan dövləti tərəfindən həyata keçirilən siyasətin ən əsas məqsədi budur:

"Məqsəd insanlara xidmət, qayğı göstərmək, onların problemlərini həll etməkdir. Prezident İlham Əliyev hər dəfə regionlara səfəri zamanı insanlarla görüşür, onların arzu və istəklərini öyrənir, həyata keçirilən siyasətdə bütün bunları nəzərə alır. O ki qaldı şəhid ailələrinə göstərilən qayğıya, bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan iqtidarının həyata keçirdiyi siyasətin ən mühüm istiqamətlərindən biri ölkənin ərazi bütövlüyü, konstitusiya quruluşunun qorunması uğrunda mübarizədə şəhid olmuş insanların ailələrinə, eyni zamanda, xəsarət almış insanlara lazım olan yardımın, köməyin göstərilməsidir".