Dövlət Komitəsi: "İbadətlə bağlı başqa ölkələrin tərtib etdiyi təqvimə əsaslanmaq son dərəcə təhlükəli məsələdir"


Digərləri 31 Yan 2019 13:07:00 443 0

Dövlət Komitəsi: "İbadətlə bağlı başqa ölkələrin tərtib etdiyi təqvimə əsaslanmaq son dərəcə təhlükəli məsələdir"

Bəzən deyirlər ki, kimsə namazı vaxtından 3-5 dəqiqə tez qılır, burada nə var ki? Amma burada çox ciddi məsələ var. Kimsə Qafqaz Müsəlmanları İdarəsinin müəyyən etdiyi təqvimdən başqa təqvimlə ibadəti həyata keçirirsə, demək, o vətəndaş artıq "zəhərlənib", yad ideologiyaların təsiri altına düşüb. Bu, artıq insanı uçuruma aparan bir əlamətdir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov "Dini və ideoloji təhlükəsizlik" mövzusunda keçirilən seminar-müşavirədə deyib.

O bildirib ki, xurafatın əlamətləri dini mərasimlərdə də özünü göstərir: "Sinə döyüb baş yarmaq, qan çıxarmaq İslama ziddir. Bu əlamətlərin olması ənənəvi İslamı zəiflədir. Ona görə də bu gün rəsmi ruhanilərin din sahəsindəki göstərişlərini yerinə yetirməliyik. Bəziləri dini ibadətlərin həyata keçirilməsi zamanı başqa ölkələrin tərtib etdiyi təqvimlərdən istifadə edirlər. Bu, son dərəcə təhlükəli məsələdir".

S.Heydərov əlavə edib ki, ənənəvi İslamın zəifləməsi qütbləşmənin yaranmasına səbəb olur.