17 yaşlı gəlin bakirə çıxmadı və... Azərbaycanda toy günü dəhşətli hadisə


Digərləri 31 Yan 2019 12:41:00 375 0

17 yaşlı gəlin bakirə çıxmadı və...  Azərbaycanda toy günü dəhşətli hadisə

Ucarda qəsdən adam öldürməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Sadiq Səlimovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, Sadiq Səlimov 17 mart 2016-cı il tarixdə Sevda Bünyadova ilə toy edərək evlənib. Əvvəllər məhkumluq həyatı yaşayan Ramil Nəsirov qeyri-rəsmi nikaha girdiyi Sevdanı özünün yaşadığı Ucar şəhəri, Heydər Əliyev prospekti, ev 28 ünvanında yerləşən evinə gətirib. Toy gecəsi bakirə çıxmayan 1999-cu il təvəllüdlü Sevdanı bıçaqlayaraq öldürüb.

"Biri-birimizi bəyəndik"

İstintaq orqanı tərəfindən Sadiq Səlimovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilən Sadiq Səlimov özünü ona verilmiş ittiham üzrə təqsirli bilib. O, ifadəsində göstərib ki, əvvəllər oğurluq əməlinə görə məhkum olunub və cəzasını 2015-ci ilin may ayında başa vuraraq azadlığa çıxıb: "2016-cı ilin əvvəlində bacım Gözəl vasitəsilə Çöyçay rayonunda yaşayan Sevda Rəhimova ilə tanış oldum. Sevda ilə biri-birimizi bəyəndik, evlənmək qərarına gəldik. Odur ki, qohumlarım el adəti ilə Sevdagilə elçi getdi, biz nişanlandıq".

"Mənə qoşularaq qaçdı"

Sadiq Səlimovun sözlərinə görə, Sevda ona özü barədə məlumat verib: "O, əvvəllər Rusiyada yaşadığını, heç bir kişi ilə intim münasibətdə olmadığını bildirmişdi. Maddi imkanım zəif olduğundan Sevda könüllü olaraq 25 fevral 2016-cı il tarixdə mənə qoşularaq ata evindən qaçdı. Onunla dayım oğlu İlqarın Göyçay şəhərindəki evlərinə gəldik. Sonra bu barədə öz anam Gülnaza bildirdim. Anam da bizi götürərək Ucar şəhərinə gətirdi. Daha sonra oraya Sevdanın atası və digər qohumları gəldi. Sevda da mənimlə könüllü olaraq qaçdığını bildirdi".

"Bakirə olmadığını anladım"

Sadiq Səlimov bildirib ki, onlar toylarını 17 mart 2016-cı il tarixə qərarlaşdırıb: "Həmin günə kimi Sevda bacım Aytənin Ucar şəhərindəki evində qalıb. Martın 17-də Sevda ilə Ucar şəhərində toyumuz oldu. Toydan sonra Sevdanı yaşadığım Ucar şəhərindəki evimizə gətirdim. Həmin gecə cinsi əlaqədə olarkən Sevdanın bakirə olmadığını anladım. Sevdadan bu barədə soruşdum. O, əvvəlcə müxtəlif bəhanələr gətirdi, gah uşaq vaxtı yıxıldıqda, gah xatırlamadığı şəraitdə bunun baş verdiyini söylədi. Bunu vaxtında mənə bildirmədiyi üçün onu bağışlamağımı xahiş etdi. Sevdanın məni aldatdığından, yəni arvadım olacağını bilərək, əvvəllər başqa kişi ilə əlaqədə olmasını məndən gizlətməsini özümə xəyanət kimi qiymətləndirdim".

"Bakirəliyinin pozulması ilə bağlı sorğu-sual etdim"

Sadiq Səlimov qeyd edib ki, həm də özünü rüsvay olmuş kimi hesab edib: "Bunlardan əsəbiləşərək Sevdanı öldürmək qərarına gəldim. Bu məqsədlə yataq otağından mətbəxə gedərək oradakı masa üzərində olan bıçağı götürdüm. Bıçağı kəmərimin bel hissəsinə keçirdim və Sevda olan otağa qayıtdım. Sevdanın bakirəliyinin pozulması ilə bağlı sorğu-sual etdim. Bunu mənə əvvəlcədən bildirmədiyini irad tutdum. Sevda ağlamağa başladıqda isə daha da əsəbiləşdim. Belimdən bıçağı çıxararaq Sevdanın boyun nahiyəsinə zərbə endirdim. Bu zaman Sevda əllərini qarşıya verdi və özünü qorumaq istədi. Bıçaq onun qoluna dəydi. Sevda qışqırdı, iməkləyərək məndən aralandı. Bu zaman Sevdaya daha bir neçə bıçaq zərbəsi vurdum. Sevdanın kürəyinə 2 zərbə vurduğumu xatırlayıram".

Sadiq Səlimov bildirib ki, sonra Sevda halsız vəziyyətdə yerə yıxılıb, bıçaq onun kürəyinə sancılmış vəziyyətdə qalıb: "Bunu gördükdən sonra otağı tərk etdim və evdən çıxdım. Bu zaman həyətdə olan xalam oğlu Elşad məndən nə baş verdiyini soruşdu. Mən isə heç nə demədim. Polisə təslim olmaq üçün yola çıxdım ki, bir avtomaşın saxladaraq şöbəyə gedim. Lakin əl etdiyim bir-neçə avtomobil saxlamadığı üçün dostum İsmayılın evinə getdim. Ona Sevdanı bıçaqla vurduğumu dedim. Təslim olmaq üçün məni polis şöbəsinə aparmağı xahiş etdim. İsmayıl da məni özünə məxsus avtomaşında Ucar rayon polis şöbəsinə gətirdi. Orada törətdiyim əməl barədə polis əməkdaşına məlumat verdim".

"Səbinəni internat evində tapdım"