Kişi 20 yaşlı sevgilisini küçədə güllələyib, intihar etdi


Dünya 31 Yan 2019 12:12:00 436 0

Kişi 20 yaşlı sevgilisini küçədə güllələyib, intihar etdi

Türkiyədə cinayət faktı qeydə alınıb.

Son.az haberler-ə istinadla xəbər verir ki, 44 yaşlı kişi 20 yaşlı sevgilisini küçədə qətlə yetirib.

Hadisə Muğla şəhərinin Fethiye qəsəbəsinin mərkəzindəki küçələrin birində baş verib. 44 yaşlı Serdal İncedayı 20 yaşlı sevgilisini güllələyib, sonra da intihar edib.

Yaxın məsafədən qıza 7 dəfə atəş açan kişi sonradan silahı başına dirəyərək özünü öldürüb.

Hadisənin baş verdiyi an təhlükəsizlik kamerasına düşüb.


Xəbərə aid fotolar