Vətəndaşlıq vəziyyəti aktlarının qeyd olunması üçün tələb olunan sənədlərin sayı azaldılır


Digərləri 31 Yan 2019 12:07:00 299 0

Vətəndaşlıq vəziyyəti aktlarının qeyd olunması üçün tələb olunan sənədlərin sayı azaldılır

Azərbaycanda vətəndaşlıq vəziyyəti aktlarının qeyd olunması üçün dövlət orqanları tərəfindən vətəndaşlardan tələb olunan sənədlərin sayı azaldılır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Ailə Məcəlləsinə yeni dəyişikliyin edilməsi təklif olunur.

Məcəllənin hazırkı variantına görə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə aparılır.

Təklif edilən yeni dəyişikliyə əsasən isə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Bu sənədlər üzrə məlumatların elektron informasiya sistemlərindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənədlər şəxslərdən tələb olunmur.