Şabranda 32 yaşlı kişi küçədə ölümcül bıçaqlandı


Digərləri 31 Yan 2019 11:54:05 388 0

Şabranda 32 yaşlı kişi küçədə ölümcül bıçaqlandı

Şabran rayonunda qəsdən adam öldürməyə cəhd hadisəsi baş verib.

Bakı. Samir Əli - Şabran rayonunda qəsdən adam öldürməyə cəhd hadisəsi baş verib. Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə yanvarın 30-da rayon ərazisindəki "Aygünlü" Ticarət Mərkəzinin qarşısında baş verib. Rayonun Aygünlü kənd sakini, 1986-cı il təvəllüdlü Elçin Şükürov sol bazu sümüyü və qarın boşluğuna keçən, sol böyrəyin zədələnməsi, kəsilmiş-deşilmiş yarası ilə Şabran rayon Mərkəzi Xəstəxanasına daxil olub.