Bakı Ali Neft Məktəbinin tələbələri İspaniyada təhsil alacaq
Digərləri 31 Yan 2019 11:36:05 390 0
Bakı Ali Neft Məktəbinin (BANM) 6 tələbəsi 2018/2019-cu tədris ilinin yaz semestrində təhsillərini İspaniyanın “Alcala” Universitetində davam etdirəcəklər.
Bakı.
Bakı Ali Neft Məktəbinin (BANM) 6 tələbəsi 2018/2019-cu tədris ilinin yaz semestrində təhsillərini İspaniyanın “Alcala” Universitetində davam etdirəcəklər. “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən bu tələbə mübadilə proqramı BANM-ın altı tələbəsinin beş ay müddətinə İspaniyanın “Alcala de Henares” şəhərinə göndərilməsini təmin edir.
BANM-da həmin tələbələri yola salmaq üçün görüş keçirilib. Görüşdə BANM-ın rektoru Elmar Qasımov, müəllimlər, valideynlər və dostlarını yola salmaq üçün tələbələr iştirak ediblər.
Ali Məktəbin rektoru Elmar Qasımov qeyd edib ki, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında təhsil alan 6 tələbənin İspaniyaya təhsil üçün göndərilməsi BANM-ın xarici layihələrə və universitetlərə inteqrasiyasının nəticəsidir. O qeyd edib ki, bu proqram çərçivəsində yaz semestrində digər ölkələrə də tələbələr göndəriləcək.
Mənbə: az.trend.az