Amerikanı don vurub VİDEO FOTO


Dünya 31 Yan 2019 11:20:11 401 0

Amerikanı don vurub  VİDEO  FOTO

ABŞ-da az qala Antarktida soyuqlarıdır. Havalar həddən artıq sazaq və şaxtalı olduğu üçün məktəblər bağlanıb, yüzlərlə aviareys təxirə salınıb. Dövlət qurumları çalışmır, hətta dükanlar da bağlanıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, rəsmi strukturlar vətəndaşları küçəyə çıxmamağa çağırıblar. Zərurət yaranarsa, küçədə ən uzağı 25 dəqiqə qalmaq məsləhət bilinir.

Minneapolisdə havanın temperaturu -47, Çikaqoda - 045, Miluokidə -43 dərəcədir. Halbuki Antarktidanın cənub qütbündə indi temperatur -32-dir.

ABŞ prezidenti Donald Tramp isə qlobal iqlim dəyişikliklərindən bəhs edən alimlərə sataşaraq Twitter-də yazıb: "Bəs yaxşı, hanı o dediyiniz qlobal istiləşmə?"

Alimlər isə ona cavab veriblər ki, ABŞ-dakı anomal soyuqlar elə qlobal iqlim dəyişikliklərinin fəsadlarıdır.

ABŞ-ın orta qərbindəki Viskonsin, Miçiqan və İllinoys ştatlarında fövqəladə vəziyyət elan olunandan sonra cənubdakı Alabama və Missisipi ştatlarında da analoji qərarlar verilib.