Prime Education şirkəti xaricdə təhsil təşkil edir (FOTO)


Digərləri 31 Yan 2019 11:20:00 404 0

Prime Education şirkəti xaricdə təhsil təşkil edir (FOTO)

Xaricdə təhsil ölkəmizdə getdikcə populyarlaşır.

Bakı. Xaricdə təhsil ölkəmizdə getdikcə populyarlaşır. Hər il yüzlərlə gənc ən yaxşı təhsil almaq və karyera qurmaq üçün dünyanın qabaqcıl universitetlərinə qəbul olur. Bu gün biz Prime Education şirkətinin Xaricdə Təhsil üzrə baş məsləhətçi Günay Mustafayeva ilə görüşdük. Gunay xanım tələbələrimizi maraqlandıran bir sıra suallara cavab verdi. - Tələbələrimiz hansı ölkələrin üniversitetləri ilə daha çox maraqlanırlar? - Bizə müraciət edən tələbələr ən çox İngiltərə, İsveçrə, Türkiyə ve Çexiyada təhsil haqqında maraqlanırlar. Bu yaxınlarda isə İspaniya, Almaniya və Hollandiya kimi ölkələrə də maraq artıb. - Xarici universitetlərə daxil olmaq üçün əsas tələblər hansılardır? - Hər bir ölkənin xarici tələbələri üçün öz tələbləri var. Eyni ölkədə universitetlər arasında da tələblər fərqli ola bilər. Bu, bir çox faktorlardan asılıdır: universitetin dövlət və ya özəl olması, dünyanın aparıcı universitetlər siyahısına daxil olması və s. Əlbəttə, xaricdə təhsil almaq istəyən hər bir tələbə standart sənədləri təqdim etməlidir. Bura, dil sertifikatı, tam orta məktəbi bitirdiyi haqqında atestat və ya universitet diplomu, pasport və çox vaxt motivasiya məktubları daxildir. - Bütün tələb olunan sənədlərin hazırlanmasında tələbələrə dəstək verirsiniz? - Bəli, əlbəttə. Tələbələrə lazım olan bütün sənədlərin toplanılması, motivasiya məktubunun yazılması, müraciətlərin doldurulması və vizanın alınmasına kömək edirik.