Millət vəkili “Rus İcmaları”nın nümayəndələri ilə görüşüb (FOTO)


Digərləri 31 Yan 2019 11:26:00 347 0

Millət vəkili “Rus İcmaları”nın nümayəndələri ilə görüşüb (FOTO)

Yanvarın 30-da YAP Xəzər rayon təşkilatının qərargahında Bakı şəhəri Xəzər və Pirallahı rayonlarının “Rus İcmaları”ının nümayəndələri ilə görüş keçirilib.

Bakı. Yanvarın 30-da YAP Xəzər rayon təşkilatının qərargahında Bakı şəhəri Xəzər və Pirallahı rayonlarının “Rus İcmaları”ının nümayəndələri ilə görüş keçirilib. Trend-in məlumatına görə, görüşdə Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Xəzər rayon İH-nin başçısının birinci müavini Elşən Salahov, Milli Məclisin deputatı və Respublika “Rus İcması”nın sədri Mixail Zabelinin müavinləri Boris Varonin və Yuriy Zenin, Xəzər rayon “Rus İcması”nın sədri Lyubov Karateyeva və rayonun qəsəbələrindən “Rus İcmaları”nın nümayəndələri iştirak ediblər. Görüşdə “Rus İcmalar”nın nümayəndələrinin çıxışlarında son illərdə respublikamızda, o cümlədən Xəzər və Pirallahlı rayonlarında aparılan genişmiqyaslı tikinti quruculuq işləri qeyd olunub və eyni zamanda qəsəbələrdə onlaraı narahat edən bir sıra məsələlərin həllində köməklik göstərilməsi xahiş olunub. Çıxış edən Xəzər rayon İH-nin başçısının birinci müavini Elşən Salahov, millət vəkili Ruaf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qaldırılan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlərin görüləcəyini bildiriblər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin