"Hazard gedəcəksə, indi getsin" - Sarri


İdman 31 Yan 2019 11:13:00 355 0

"Hazard gedəcəksə, indi getsin" - Sarri

Chelsea-nin baş məşqçisi Maurisio Sarri növbəti dəfə Eden Hazard haqqında danışıb.

Goal.az xəbər verir ki, italiyalı mütəxəssis yarımmüdafiəçinin komandadan ayrılması ehtimalını şərh edib.

“Bu barədə dəfələrlə danışmışıq. Edenin 28 yaşı var, özü qərar vermək qabiliyyətinə malikdir. Düşünürəm ki, əgər komandadan gedəcəksə, bunu indi etməlidir. Amma ümid edirəm ki, getməyəcək. Bəzən ondan razı qalıram, bəzən narazı oluram, amma mənim işim imkan verir ki, Hazard hər gün inkişaf etsin. Onda Avropanın ən yaxşı oyunçusu olmaq potensialı var” – deyə Sarri bildirib.

Qeyd edək ki, Hazardın mövsümün sonunda Chelsea-dən ayrılacağı və Real-a keçəcəyi ilə bağlı xəbərlər dolaşır.