Bu gecədən Kiçik çillə başlayır


Digərləri 31 Yan 2019 10:53:00 414 0

Bu gecədən Kiçik çillə başlayır

Xalq inancına görə, bu gecə - yanvarın 31-dən fevralın 1-nə keçən gecədən etibarən Azərbaycanda Böyük çillə başa çatır və Kiçik çillə başlayır.

Son.az report-a istinadən xatırladır ki, qədim türklər qış fəslini üç yerə bölüblər: Böyük çillə 40 gün, Kiçik çillə 20 gün və bundan sonra 30 günlük Boz ay gəlir.

"Çillə" - çətinlik, məşəqqət, üzüntü, sıxıntı, ağırlıq gətirən ifadədir.