Sürət qatarlarında qiymətlər endi - YENİ TARİF


Digərləri 31 Yan 2019 10:43:03 372 0

Sürət qatarlarında qiymətlər endi - YENİ TARİF

2018-ci ilin dekabr ayının 30-dan etibarən istifadəyə verilən Bakı-Gəncə-Bakı sürəli sərnişin qatarına daha çox sərnişinlərin cəlb edilməsi və onların məmnunluğunu qazanmaq məqsədi ilə keçirilən sorğular nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC sözügedən marşruta mühüm dəyişikliklər tətbiq edəcək.

Bakı. Ceyhun Ələkbərov - 2018-ci ilin dekabr ayının 30-dan etibarən istifadəyə verilən Bakı-Gəncə-Bakı sürəli sərnişin qatarına daha çox sərnişinlərin cəlb edilməsi və onların məmnunluğunu qazanmaq məqsədi ilə keçirilən sorğular nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC sözügedən marşruta mühüm dəyişikliklər tətbiq edəcək. QSC-dən Trend-ə verilən məlumata görə, qatarın hərəkət qrafiki və gediş haqqı tarifləri ilə bağlı olan yeniliklər 2019-cu ilin fevral ayının 4-dən etibarən həyata keçiriləcək.