İran yeni PUAsını təqdim etdi:


Dünya 31 Yan 2019 10:32:00 414 0

İran yeni PUAsını təqdim etdi:

İranın "Kaman 12" adlı Pilotsuz Uçan Aparatının (PUA) təqdimatı keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, təqdimat İran paytaxtı Tehranda İran inqilabının 40 illiyi münasibəti ilə keçirilən "İqtidar 40" sərgisində baş tutub.

"Kaman 12" PUA-sı 100 kq sursat daşımaq imkanına malikdir. Bununla yanaşı, "Kaman 12" təxminən 23 kq ağırlığında 4 bombanı daşıya bilər. Kaman 12 PUA-sı min kilometrlik əməliyyat radiusu vardır.