661 şəhidin 954 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu


Digərləri 31 Yan 2019 10:10:00 401 0

661 şəhidin 954 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiya növbəti iclasında şəhid hərbi qulluqçulardan daha 661 nəfərinin 954 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, qəbul olunmuş qərar əsasında onların siyahısı müvafiq ödənişin həyata keçirilməsi üçün aidiyyəti quruma göndərilib. Birdəfəlik ödəmə - 11 min manat vəsait onların bank hesablarına köçürüləcək və bu barədə onların sənədlərini təqdim edərkən qeyd etdikləri telefon nömrələrinə elektron qaydada sms-bildiriş göndəriləcək.

Bununla da indiyədək artıq 3758 şəhidin 5144 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub və onlardan 3100 şəhid üzrə 4200 vərəsəyə ödəniş edilib.