Şəmkirdə su nasoslarını oğurlayan şəxslər saxlanılıb (FOTO)


Digərləri 31 Yan 2019 10:13:05 286 0

Şəmkirdə su nasoslarını oğurlayan şəxslər saxlanılıb (FOTO)

Şəmkir rayonu Əliyaqublu kəndində yaşayan əhalini su ilə təmin edən qurğuların oğurlanması hallarının qarşısının alınması və bu cinayətləri törədən şəxslərin ifşa edilməsi istiqamətində Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Bakı. Şəmkir rayonu Əliyaqublu kəndində yaşayan əhalini su ilə təmin edən qurğuların oğurlanması hallarının qarşısının alınması və bu cinayətləri törədən şəxslərin ifşa edilməsi istiqamətində Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, nəticədə kənd ərazisində təsərrüfat sahələrində quraşdırılan su nasoslarını oğurlamaqda şübhəli bilinən Əliyaqublu kəndi sakini Elnur Quliyev və həmkəndlisi Eynur Səlimovla birlikdə saxlanılıb.