İran yeni PUA-sını təqdim etdi: 4 bomba daşıyır


Digərləri 31 Yan 2019 09:44:09 408 0

İran yeni PUA-sını təqdim etdi: 4 bomba daşıyır

İranın “Kaman 12” adlı Pilotsuz Uçan Aparatının (PUA) təqdimatı keçirilib.

Bakı. Elnur Bağışov - İranın “Kaman 12” adlı Pilotsuz Uçan Aparatının (PUA) təqdimatı keçirilib. Trend-in məlumatına görə, təqdimat İran paytaxtı Tehranda İran inqilabının 40 illiyi münasibəti ilə keçirilən “İqtidar 40” sərgisində baş tutub. “Kaman 12” PUA-sı 100 kq sursat daşımaq imkanına malikdir. Bununla yanaşı, “Kaman 12” təxminən 23 kq ağırlığında 4 bombanı daşıya bilər. Kaman 12 PUA-sı min kilometrlik əməliyyat radiusu vardır.