iPod Touch modelini oyun konsolu ola bilər


Digərləri 31 Yan 2019 08:55:00 376 0

iPod Touch modelini oyun konsolu ola bilər

Mobil oyunlar getdikcə daha da məşhurlaşır və görünür, Apple şirkəti bu bazardan öz payını götürmək niyyətindədir. İkinci nəsil iPod Touch modelindən başlayaraq Apple şirkəti bu cihazı məhsulların 9-cu sinifinə aid edirdi. Yəni iPod Touch audiovizual və informasiya məhsullarına aid edilirdi. Lakin Macrumors saytının verdiyi məlumata əsasən Apple şirkəti iPod Touch-ı məhsulların 28-ci sinifinə daxil edib. Bu sinifə isə portativ oyun cihazları daxildir.

Son.az technote.az-a istinadən bildirir ki, şirkət həmçinin iPod Touch sisteminin daxilinə də oyun bölməsini əlavə edib. Görünür, şirkətin bu sahə üzrə planları dəqiqdir. Qeyd etmək lazımdır ki, 2018-ci ildə təkcə mobil oyunlar 50 milyard dollar vəsait qazanmışdılar. Beləliklə Apple şirkətinin bu sahədən mənfəət götürmək istəməsi heç də təəccüblü deyil. Bundan əlavə olaraq piratçılığın olmaması səbəbilə oyun tərtibatçıları həmişə iOS sisteminə müsbət yanaşıblar. Beləliklə lazımi vəsaitlərlə və servislərlə şirkət daha çox gamerləri özünə tərəf çəkə bilər.