Ağ Ev yaxınlığında Çinin nümayəndə heyətinə hücum edilib, xəsarət alan var


Dünya 31 Yan 2019 08:50:00 392 0

Ağ Ev yaxınlığında Çinin nümayəndə heyətinə hücum edilib, xəsarət alan var

Naməlum şəxs ABŞ-da, Ağ Evin binası yaxınlığında avtomobil karvanına hücum etməyə çalışıb.

Son.az "Report"a istinadən bildirir ki, bu haqda ABŞ-ın məxfi xidmətinə istinadən "NBC" telekanalı bildirib.

Telekanalın məlumatına görə, hadisə zamanı azı bir nəfər xəsarət alıb. Hücum edən şəxs avtomobil karvanının hərəkətinə mane olmağa çalışarkən saxlanılıb.

Məlumata görə, söhbət Vaşinqtonda səfərdə olan Çin Xalq Respublikası nümayəndə heyətinin avtomobil karvanından gedir.