Fikrət Əmirovun yaradıcılığına həsr olunmuş konsert keçirilib


Digərləri 31 Yan 2019 08:45:32 376 0

Fikrət Əmirovun yaradıcılığına həsr olunmuş konsert keçirilib

Beynəlxalq Muğam Mərkəzində dahi Fikrət Əmirovun yaradıcılığına həsr olunmuş möhtəşəm konsert keçirilib.

Bakı. Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert dahi bəstəkar Fikrət Əmirovun yaradıcılığına həsr olunub. Trend-in məlumatına görə, tədbir Azərbaycan Televiziyası və Radiosu “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilib. Konsertdə bəstəkarın mahnılarını xalq artistləri - Teyyub Aslanov “Şeyx Sənan” dramasından “Kor Ərəbin mahnısını”, Samir Cəfərov “Gülərəm gülsən”, Əməkdar artistlər - Zakir Əliyev “Gülür ellər”, Rəşad İlyasov “De görüm neyləmişəm”, Bəyimxanım Vəliyeva “Mən səni araram”, Arzu Əliyeva “Bir gül dərdim”, Azərbaycan Televiziyası və Radiosunun solistləri – Ayşən Mehdiyeva “Böyük dayaq” k/f-dən “Pərişanın mahnısını”, Zabitə Əliyeva “Gözəlim sənsən”, Sərxan Bünyadzadə “Səhər” k/f-dən “Aslanın mahnısını” və xanəndə Könül Məmmədli “Toy mahnısı” mahnılarını ifa etdilər.