Naxçıvanda 21 uşaq qəyyumluğa, himayəyə və övladlığa verilib


Digərləri 31 Yan 2019 08:30:00 423 0

Naxçıvanda 21 uşaq qəyyumluğa, himayəyə və övladlığa verilib

Ötən il Naxçıvan Muxtar Respubikasında 10 uşaq qəyyumluq və himayəyə verilib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Ramilə Seyidova bildirib.

O, qeyd edib ki, həmin uşaqların evlərində monitorinqlər təşkil olunub, onlara lazımi köməklik göstərilib.

Bundan əlavə, bayram günlərində və tədbirlərdə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, qaçqın və məcburi köçkün, sağlamlıq imkanı məhdud, şəhid və aztəminatlı ailələrdən olan 720 uşağa hədiyyə və sovqatlar verilib, 15 sentyabr - Bilik Günü ilə əlaqədar xüsusi kateqoriyadan olan 394 uşaq məktəbli paltarı, dərs ləvazimatları və qış geyimi ilə təmin olunublar. 2018-ci il həmçinin muxtar respublikada 11 uşaq övladlığa verilib.