Brendlər mobil oyunları mənimsəməyə başlayırlar


Digərləri 31 Yan 2019 08:35:00 404 0

Brendlər mobil oyunları mənimsəməyə başlayırlar

Mobil oyunlar rəqəmsal oyunlar arasında ən böyük auditoriyaya sahib bazardır. Böyük reklamverənlər onları daha yaxşı reklam platforması hesab etməyə başlayırlar.

Son.az technote.az-a istinadən bildirir ki, 2019-un sonunda ABŞ-da 147.8 milyon mobil oyunçu olacağı proqnoz edilir. Konsollardaki oyunçu sayı isə cəmi 91 milyon olacaq. Belə olduqda mobil auditoriya reklamverənlər üçün yaxşı imkandır. İstifadəçilər arasında 2018-ci ilin yay aylarında ABŞ-da aparılmış sorğu nəticələrinə görə, sorğuda iştrak etmişlərin 49%-i oyunların daha üstün reklam imkanlarına malik olduqlarını dedi. 24% isə sosial şəbəkə reklamlarının lehinə fikir səsləndirdilər.

Auditoriya genişləndikcə böyük reklamverənlər də baş verənlərə tərəf maraq salırlar. "Əvvəllər oyunlar aşağı keyfiyyətli mühit hesab olunurdular, brendlər YouTube elanlarına bənzər prerol-lar istəyirdilər. Lakin indi onlar bu auditoriyanın təkcə oyunsevən uşaqlardan ibarət olmadığını görürlər. Böyük brendlərin reklamverənləri ilk dəfədir ki, bu sahəni mənimsəyirlər".