Facebook istifadəçilərinin yarısı botdur


Digərləri 31 Yan 2019 08:25:00 351 0

Facebook istifadəçilərinin yarısı botdur

Facebook-da qeydiyyatdan keçmiş saxta istifadəçi hesablarının sayı 50%-i keçir. Bu cür nəticə PlainSite şirkətinin hesabatında qeyd olunub.

Son.az technote.az-a istinadən bildirir ki, hesabatda qeyd edilib ki, Facebook-un özəl məlumatına əsasən sosial şəbəkənin aylıq aktiv istifadəçi kütləsi 2 milyard insandır.

"Biz güman edirik ki, Facebook-da vəziyyət investorların düşündüklərindən də pisdir. Facebook saxta istifadəçi hesabları problemi barəsində ictimaiyyətə yalan danışır. Biz düşünürük ki, sosial şəbəkədə saxta istifadəçi hesablarının sayı 50%-i keçir. Şirkət öz məhsulu üzərində idarəetməni itirib" - deyə PlainSite şirkəti bildirib. Hesabatın müəllifləri çoxlu sayda botların olmasının mənfi özəlliklərini təqdim ediblər.

- Müştərilər Facebook-da reklam alırlar və ümid edirlər ki, həmin reklam 2 milyard insana çatacaq. Lakin reallıqda həmin müştərilər sadəcə olaraq öz vəsaitlərini havaya atırlar.