Beynəlxalq Muğam Mərkəzində “Gəncliyin səsi” festivalının açılışı olacaq


Digərləri 31 Yan 2019 08:24:30 383 0

Beynəlxalq Muğam Mərkəzində “Gəncliyin səsi” festivalının açılışı olacaq

Beynəlxalq Muğam Mərkəzində “Gəncliyin səsi” festivalının açılış mərasimi keçiriləcək

Bakı. Fevralın 1-də saat 12:00-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən “Gəncliyin səsi” festivalının açılış mərasimi keçiriləcək. Mərkəzdən Trend-ə verilən məlumata görə, hər il olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin “2 fevral - Gənclər günü kimi qeyd olunması haqqında” Sərəncamına əsasən, habelə Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən fevral ayının 1-dən 5-dək ənənəvi olaraq “Gəncliyin səsi” festivalı keçiriləcək.