Ötən il Bakıda avtobusların iştirakı ilə 44 qəza olub - 23 nəfər ölüb


Digərləri 31 Yan 2019 08:27:03 304 0

Ötən il Bakıda avtobusların iştirakı ilə 44 qəza olub - 23 nəfər ölüb

2018-ci ildə Bakıda avtobusların iştirakı ilə 44 yol nəqliyyat hadisəsi baş verib.

Bakı. Elçin Mehdiyev - 2018-ci ildə Bakıda avtobusların iştirakı ilə 44 yol nəqliyyat hadisəsi baş verib. Bunu Trend-ə Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. V.Əsədov bildirib ki, baş verən hadisələr nəticəsində 23 nəfər ölüb, 38 nəfər xəsarət alıb.