Braziliyada bənd qurbanları 99 nəfərə çatıb


Dünya 31 Yan 2019 08:20:00 393 0

Braziliyada bənd qurbanları 99 nəfərə çatıb

Braziliyanın cənub-şərqindəki Minas-Jerays ştatında mədən şirkətinə məxsus bəndin dağılması nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə ştatın Mülki Aviasiyasının polkovnik-leytenantı Flaviu Qodinyu bildirib.

"Hazırda ölənlərin sayı 99 nəfərdir. Onlardan 55-nin şəxsiyyəti müəyyənləşdirilib", - deyə o, keçirdiyi mətbuat konfransında bildirib.