Redmi Go smartfonunun bütün məlumatları ortaya çıxdı


Digərləri 31 Yan 2019 08:05:00 409 0

Redmi Go smartfonunun bütün məlumatları ortaya çıxdı

Biz artıq bilirik ki, Xiaomi şirkəti Redmi brendi çərçivəsndə artıq təqdim edilmiş Redmi Note 7 smartfonundan başqa iki smartfon modeli üzərində də çalışır. Onlardan biri Redmi Note 7 Pro, digəri isə Redmi Go-dur. İndi isə Redmi Go modeli online mağazalardan birində ortaya çıxıb. Son.az technote.az-a istinadən bildirir ki, smartfonun necə görünəcəyi və onun hansı texniki göstəricilərə sahib olacağı barəsində məlumatlar var. Dizayn baxımından bu smartfon 2017-ci ilin cihazlarına bənzəyir.

Ekranın ətrafında qalın çərçivələr, arxa paneldə isə bir ədəd kamera yerləşir. Görünür, smartfon barmaq izi skanı texnologiyasına sahib deyil. Digər tərəfdən Redmi Go modeli ultrabüdcəli smartfon modeli olacaq. Buna görə də ondan nəsə təəccübləndirici bir şey gözləməyə ehtiyac yoxdur. Bununla yanaşı Redmi Go smartfonu 16:9 nisbətli 1280x720 piksel keyfiyyətli 5 düym LCD ekran, Snapdragon 425 prosessoru, 1 GB RAM, 8 GB daxili yaddaş həcmi (128 GB-a kimi microSD dəstəyi), 8 MP-lik arxa kamera, 5 MP-lik ön kamera və 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.