İstintaq təcridxanalarına narkotik vasitə keçirilməsinin qarşısı alınıb


Digərləri 31 Yan 2019 08:06:00 428 0

İstintaq təcridxanalarına narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3 və 234.1-ci maddələrinə əsasən 3 il müddətinə azadlıqdan məhrum edilmiş Vüsal Müzahir oğlu Hüseynliyə qardaşı Şəmkir şəhər sakini Hüseynli Şaban Müzahir oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman "Rexona" markalı kosmetik vasitənin qapağında gizlədilmiş 1,980 qram "Marixuana" aşkar edilib.