Hacıqabulda caqqal kəndliyə hücum edib FOTO


Digərləri 31 Yan 2019 08:10:00 601 0

Hacıqabulda caqqal kəndliyə hücum edib  FOTO

Hacıqabul rayonunda yırtıcı heyvan yerli sakinə hücum edib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Ağacanlı kəndində baş verib.

Kənd sakini, 1950-ci il təvəllüdlü Mirzəyev Mətləb Məhəmmədəli oğlu qoyun otararkən qoyun sürüsü çaqqalın hücumuna məruz qalıb. Qoyunlarını vəhşi çaqqalın hücumundan qorumaq istəyən 68 yaşlı kənd sakininin özü də çaqqalın hücumuna tuş gəlib. O, çaqqalı öldürsə də, yırtıcı heyvan M.Mirzəyevin barmağını qoparıb və ayağını yaralayıb.

Yaralı kənd sakininə həkimlər yardım edib, ona quduzluq əleyhinə vaksin vurulub.


Xəbərə aid fotolar