ABŞda kəskin hava şəraiti 5 nəfərin həyatına son qoyub


Dünya 31 Yan 2019 07:57:00 222 0

ABŞda kəskin hava şəraiti 5 nəfərin həyatına son qoyub

ABŞ-da qarlı və şaxtalı hava ölkənin Orta Qərb regionunda 5 nəfərin həyatına son qoyub.

Son.az "Report"a istinadən bildirir ki, bir kişi Çikaqo (İllinoys ştatı) ətrafında ölüb. İkinci şəxs Miluokidə (Viskonsin ştatı) qarajda donaraq ölüb. Daha iki nəfər - ər və arvad İndiana ştatında yol-nəqliyyat hadisəsinin qurbanı olublar. Detroytun (Miçiqan ştatı) şəhər ətrafında 70 yaşlı sakin hava şəraitinə uyğun olmayan paltar geyməsi səbəbindən ölüb.

ABŞ-ın Milli Meteoroloji Xidmətinin məlumatına görə, çərşənbə günü Minneapolisdə (Minnesota ştatı) havanın temperaturu mənfi 33,3 dərəcəyə çatıb. Küləyi nəzərə almaq şərtilə, bu rəqəm mənfi 47,2 dərəcə olub. Çikaqoda havanın hərarəti mənfi 30,6 (küləyi nəzərə alaraq mənfi 45,6 dərəcə), Miluokidə isə temperatur mənfi 28,9 (küləyi nəzərə alaraq mənfi 43,9) təşkil edib.