Smartfonların yeni təhlükəsi aşkarlanıb


Digərləri 31 Yan 2019 07:41:00 237 0

Smartfonların yeni təhlükəsi aşkarlanıb

Beynəlxalq alimlər qrupu yuxudan əvvəl smartfondan istifadə edən uşaqlarda doyunca yatmama və piylənmə riskinin artmasını, eləcə də həyəcanlılığın güclənməsini müəyyənləşdirib.

Son.az ICTnews-a istinadən bildirir ki, mütəxəssislər tərəfindən 11-12 yaşlı 6616 yeniyetmənin müayinəsi zamanı əldə edilən məlumatlar analiz olunub. Uşaqların 70 faizindən çoxu yatmazdan əvvəl azı bir saat smartfon və ya ekrana malik digər qurğudan istifadə etməsini bildirib. Sorğu zamanı onlar, həmçinin həmin vaxt otaqda işıqlanma dərəcəsini, yuxu vaxtını və oyanıqlığı və yatmaqla bağlı problemlərdən əziyyət çəkmələrini qeyd ediblər.

Müəyyən edilib ki, otaqda işıq qoşulu olan zaman smartfondan istifadə edən və ya televizora baxanların 31 faizi pis yatıb. Eyni hərəkəti qaranlıqda edən uşaqlarda yuxu pozğunluğu ehtimalı 147 faiz yüksək olub. Həmçinin aşkar olunub ki, yuxunun kifayət qədər olmaması immunitetin azalması, depressiya, narahatlıq və piylənmə ilə əlaqədardır.