Bakının ən güclü yeniyetmə və gənc güləşçiləri müəyyənləşib


Digərləri 31 Yan 2019 05:58:00 383 0

Bakının ən güclü yeniyetmə və gənc güləşçiləri müəyyənləşib

Abşeron Olimpiya İdman Kompleksində yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Bakı birinciliyi keçirilib.

Bakı. Tural Turan - Abşeron Olimpiya İdman Kompleksində yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Bakı birinciliyi keçirilib. Trend-in məlumatına görə, yeniyetmə sərbəst güləşçilərin yarışında Nihat Həsənli (45 kq), Mircavad Nəbiyev (48 kq), Kamal Qasımov (51 kq), Ruslan Şıxıyev (55 kq), Məhəmmədəli Quliyev (60 kq), Coşqun Nəbili (65 kq), Məhəmmədəli Əliyev (71 kq), İsmayıl Cabbarlı (80 kq), İzzət Aşurov (92 kq) və Kamal Veysov (110 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yeniyetmə yunan-Roma güləşçilərinin mübarizəsində Fərid Sadiqli (45 kq), Cavidan Məmmədli (48 kq), Qurban Qurbanov (51 kq), Nihat Məmmədli (55 kq), Alı Alıyev (60 kq), Xasay Həsənli (65 kq), Namiq Əhmədov (71 kq), Əlisəftər Məmmədli (80 kq), Laçın Vəliyev (92 kq) və Əli Fərmanov (110 kq) çempion olub.