Günün qoroskopu: Səhhətinizə fikir verin


Digərləri 31 Yan 2019 00:01:00 495 0

Günün qoroskopu: Səhhətinizə fikir verin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - yaşamın xırdalıqları onları görməmək üçün yetərincə əhəmiyyətlidir. Sosial təmaslarda onlar gərginliyə səbəb olaraq münaqişə fonu yarada bilərlər. Gərginliyin "dərman"ı fiziki aktivlik, yaşam və fəaliyyət arealının nizama salınmasıdır.

Mühüm görüş və danışıqlar üçün əlverişli zaman deyil. Seçim sizdən asılı deyilsə, işə ciddi yanaşın. Tədbirləri vaxt ehtiyatı yaradaraq planlaşdırın. Gecikməməyə çalışın.

Şəxsi münasibətlərdə nüanslar, kiçik diqqət izharları önəmli rol oynayır.

Buğa - bu gün yaşanacaq hadisələrdən biri gərginlik yaradacaq. Müəyyən qəti qərarlar qəbul edilməlidir, bəzi istiqamətdə yerdəyişmə olmalıdır.

Dəyişikliklər tərəfdaş münasibətlərinə də aiddir.

Situasiyanı nəzarətdə saxlamaq asan deyil. İnad etməyin, bütün mübahisəli məsələləri dərhal həll etməyə çalışmayın.

Günün ikinci yarısında daha maraqlı işlərlə məşğul olun. Ünsiyyətdə kasadlıq yaratmayın. Vədləri və öhdəlikləri unutmayın.

Səhhətinizə fikir verin.  

Əkizlər - səhər saatlarından etibarən diqqətli və zəhmətkeş olun. Çoxdan bəri yığılıb qalan və həllinə vaxt tapmadığınız işləri bitirin. Ani maraqları ön plana çıxarmayın. Kiminləsə mübahisə edərək mövqelərinizi ona sübuta yetirməyə çalışmayın.

Proseslərə süni təkan verməyin. İşlərin və münasibətlərin keyfiyyətinə fikir verin.

Yaşam arealınızda qayda yaradın. Ailə üzvləri ilə təmaslar gərginlikdən qurtulmağa yardım edəcək. Münasibətlərdə harmoniyanı bərpa etmək üçün bir qədər tək qalın.

Profilaktiki tədbirlərdə xeyir var.

Xərçəng - cari məsələlərin çözülməsi ilə tələsmədən, aramla məşğul olun. Fəaliyyətinizi aktivləşdirmək və fərqli etmək üçün əlverişli zamandır.

Danışıqlar aparmaq, qarşı tərəfdə xoş təəssürat yaratmaq, yaranmış şəraitdə düzgün istiqaməti seçmək indi müstəsna əhəmiyyət kəsb edir.

Hisslər və emosiyalar özünüzə verəcəyiniz dəyərin izharı olan sözlərə tabedir. Sevdiyiniz insanla zarafat etməyin. Yerinə yetirmək fikrində olmadığınız vədlər verməyin.

Ev işləri ilə məşğul olmaq fikriniz varsa, gərəkli materiallar, avadanlıq və əşyalar alın.

Şir - cari məsələlər, həllini tələb edən məqamlar indi ön planda olmalıdır. Bəzi plan və layihələrə yenidən baxmaq zamanıdır. Proses başlayıbsa, dayandırmayın. Əlavə işlər görmək, təşkilati məsələləri həll etmək olar.

Borcları qaytarın, mövcud hesabları ödəyin. Özünüzü rahat və əmin hiss edin.

Səhhətinizə fikir verin. Fiziki təmrinlərlə məşğul olun.

Axşam saatlarında gəzintiyə çıxın.

Qız - yaxın gələcəkdə həll etməli olduğunuz problemlər və məsələlərin ərəfəsidir. Planlar qurun, müsbət dəyişikliklərə şübhə etməyin.

Praktik olun, amma yaradıcılıq ideyalarını unutmayın. Təfərrüatlara yetərincə fikir verin, mühüm olan heç nəyi nəzərdən qaçırmayın.

Günün ikinci yarısında ev işləri, tətbiqi yaradıcılıqla məşğul olun. Yaxınlarınızla münasibətlərə ciddi fikir verin. Onların tələb və xahişlərini nəzərə alın.

Axşam saatlarını ailə üzvləri ilə keçirin.

Tərəzi - təmayülləri hiss edin, cari işlərdə qayda yaradın. Verdiyiniz vədləri yerinə yetirin. Sizinlə bağlı gözləntilər çoxdur. Sizə perspektivdə daha ciddi işlərlə məşğul olmağa imkan verəcək şərait yaradın, problemləri aradan qaldırın.