Azərbaycan nefti bahalaşır


Digərləri 30 Yan 2019 23:57:00 219 0

Azərbaycan nefti bahalaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 29-da 62,89 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,41 dollar/barel çoxdur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 62,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,42 dollar/barel çoxdur.