Yeni doğan məşhur biznes ledi südünü sağıb, insanlara payladı FOTO


Digərləri 30 Yan 2019 23:49:00 304 0

Yeni doğan məşhur biznes ledi südünü sağıb, insanlara payladı  FOTO

Məşhur alt paltarı markası olan "Thinx"in yaradıcısı Miki Aqravalın "Burning Man" festivalında etdiyi qeyri-adi hərəkət yenidən müzakirə obyektinə çevrilib.

Son.az medicina.az-a istinadən bildirir ki, uşaq dünyaya gətirdikdən 1 ay sonra festivala yollanan 38 yaşlı xanım sahibkar hər 3 saatdan bir südünü sağaraq festival iştirakçılarına paylayıb. Onun südünə isə maraq xeyli çox olub. Bəzi festival iştirakçıları axşam qəbul etdikləri spirtli içkinin təsirindən ayılmaq üçün, bəziləri isə sadəcə latte hazırlamaq üçün onun südünü götürüblər. 

Tez-tez sağmadıqda döşlərinin ağrıdığını bildirən Aqraval "bəziləri dadını  heç bilmədikləri üçün çox həyəcanlandılar. Susuz qaldığım zaman özüm də içdim. Dadı şirin hind qozu südünə bənzəyir" deyə o, sözlərinə bildirmişdi. 


Xəbərə aid fotolar