Ağzınızdan pis qoxu gəlir? O zaman bunları edin


Digərləri 30 Yan 2019 23:33:00 336 0

Ağzınızdan pis qoxu gəlir?  O zaman bunları edin

Əgər səhərlər ağzınızdan pis iy gəlirsə və bunun qarşısını heç cür ala bilmirsinizsə deməli yalnız dişləri fırçalamaq kifayət deyil.  

Son.az medicina.az-a istinadən ən pis ağız qoxusunu belə aradan qaldıracaq 6 üsulu təqdim edir: 

1) Hər səhər qarqara edin

Soda ən yaxşı qarqara vasitəsidir. 1 stəkan suya 1 desert qaşığı soda tökərək qarışdırın. Əmələ gələn məhlulla 3 dəqiqə boyunca qarqara edin. Daha sonra dişlərinizi fırçalayın, ardınca bir nanə yarpağı və ya bir ədəd mixək çeynəyin. 

2) Gündə ən az 2 litr su için 

Orqanizmin sağlam olması üçün su çox vacibdir.  Ağızda nəmin kifayət qədər olmaması pis qoxunun səbəbi ola bilər. Bunun qarşısını almaq üçün gündə ən az 8 stəkan su içməlisiniz. Su içdiyiniz təqdirdə, ağızda çoxalan bakteriyaların qarşısı alınmış olur. 

3) Dilinizi fırçalayın 

Dişləri fırçalamaq kifayət deyil. Bunun üçün də hər dəfə dişləri fırçalayan zaman dili də fırçalamaq lazımdır. Bu gərəksiz kimi görünsə də nəfəsin fərahlığı üçün çox vacibdir. Dil üzərində yığılan bakteriyaları fırçanın köməyi ilə təmizləyin. Ardınca sodalı su ilə qarqara edin.