Öd kisəsinin əyilməsi Səbəbləri və müalicəsi


Digərləri 30 Yan 2019 23:15:00 1242 0

Öd kisəsinin əyilməsi  Səbəbləri və müalicəsi

Son zamanlar uşaq, gənc və yaşlı insanlarda USM müayinədə öd kisənin əyilməsi, vəziyyətinin, yerinin  dəyişməsi barədə tez-tez diaqnozlar qoyulur. Çoxu buna adi hal, ya anadangəlmə patologiya kimi yanaşsa da əslində öd kisəsi sonradan da əyilə bilər. 

Son.az medicina.az-a istinadən öd kisəsi əyilməsinin səbəblərini təqdim edir. 

1.Xolesistit kəskin və xroniki forma aldıqda öd kisəsinin divarlarında distrofik dəyişiklik yaradır.  2.Kisədə daşlar - orqanın deformassiyasına səbəb olur 3.Öd durğunluğu 4.Ağır fiziki iş, yük qaldırmaq, peşəkar idmanla məşğul olmaq 5.Öd kisəsi və yollarında spaykalar 6.Orqanın iltihabi proseslər və daşdan ölçüsünün böyüməsi 7.Qeyri-sağlam qidalanma nəticəsində kisənin piylənməsi 8.Anadangəlmə, genetik

Yalnız anadangəlmə əyrilik patologiya hesab olunmur və öd kisəsinin funksiyasına heç bir təsir etmir.  Amma bir şərtlə ki, insanın ödünün anadangəlmə əyri olması uşaqlıqdan aşkar olunsun. 

Xəstəliyin əlamətləri:

-Sağ qabırğaaltında onurğa və belə yayılan ağrı -Ürək döyüntüsünün artması -İştahın azalması -Tez-tez ürəkbulanma, qaytarma -Həzmin pozulması -Ağızdan su axma -Hava çatışmazlığı -Yeməkdən sonra qarında köpmə