Tim Kuk "iPhone" smartfonlarının qiymətini aşağı salmağı vəd edib


Digərləri 30 Yan 2019 23:18:00 274 0

Tim Kuk "iPhone" smartfonlarının qiymətini aşağı salmağı vəd edib

"Apple" kompaniyası milli valyutasının dollara nisbətdə ciddi zəiflədiyi bəzi ölkələrdə "iPhone" smartfonlarının qiymətini aşağı salmağı planlaşdırır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu "Apple" kompaniyasının rəhbəri Tim Kuk yanvarın 29-da Reuters agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, kompaniyanın mütəxəssisləri milli valyutası zəifləyən ölkələrdə makroiqtisadi vəziyyəti qiymətləndirib. Nəticədə "Apple" satış həcmini artırmaq üçün ötən ilki yerli qiymətlərə uyğun satış siyasəti həyata keçirmək qərarına gəlib.

Kuk hansı ölkələrdən söhbət getdiyini açıqlamayıb. Bir qədər əvvəl isə "Apple" kompaniyasının nümayəndələri Türkiyə, Braziliya və Rusiyada milli valyutanın dəyərdən düşdüyünü, həmçinin Çində "iPhone" satışlarının azaldığını qeydə almışdı.