"Yomiuri" qəzeti: ABŞ Yaponiyada yeni raketdənmüdafiə radiolokasiya stansiyası yerləşdirməyi planlaşdırır


Dünya 30 Yan 2019 22:26:00 241 0

"Yomiuri" qəzeti: ABŞ Yaponiyada yeni raketdənmüdafiə radiolokasiya stansiyası yerləşdirməyi planlaşdırır

ABŞ ərazisinin qitələrarası ballistik raketlərdən müdafiə sisteminin möhkəmləndirilməsi çərçivəsində 2025-ci ilədək Yaponiyada yeni yerüstü radiolokasiya stansiyası (RLS) yerləşdirməyi planlaşdırır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Yomiuri" qəzeti məlumat yayıb. Daha geniş ərazini əhatə etmək üçün eyni radar stansiyasından 2023-cü ildə Havay adalarında yerləşdirilməsi də nəzərdə tutulur. Qeyd edilir ki, bu izləmə sistemi buraxılan qitələrarası raketin start yerini, uçuş trayektoriyasını və digər məlumatları Kaliforniya və Alyaska ştatlarında yerləşən raketdənmüdafiə sistemlərinə ötürəcək.

ABŞ yeni RLS-ni Koreya yarımadasına yaxın məsafədə yerləşdirməklə ilk növbədə Şimali Koreya tərəfindən raket hücumunun qarşısını almaq istəyir. Asiya-Sakit okean regionunda müşahidə sisteminin gücləndirilməsi barədə müvafiq bənd ABŞ raketdənmüdafiə sisteminin gələcək inkişafına dair yeni strategiyada da öz əksini tapıb.