Zökəm və qrip olanda bu qidaları yeməyin Xəstəliyin sağalmasını ləngidir


Digərləri 30 Yan 2019 22:29:00 258 0

Zökəm və qrip olanda bu qidaları yeməyin  Xəstəliyin sağalmasını ləngidir

Həkimlər və dietoloqlar qrip və soyuqdəymə zamanı xəstəliyin gedişatına mane olan və sağalmasını ləngidən bir qrup qidaların siyahısını hazırlayıblar.

Son.az medicina.az-a istinadən bildirir ki, əgər sizdə bronxit, angina, qrip, qızdırma varsa bu qidalardan uzaq durun.

1. İstənilən alkoqol içki 

Pivə, konyak, araq damarları yığır, daraldır,bununla da miqren və baş ağrısını artırır. İmmunitetə isə bu içkilərin heç bir təsiri yoxdur, əksinə orqanizmi susuzlaşdırır. Yüksək hərarət və qrip zamanı isə guya mikrobları öldürmək məqsədilə araq içmək qəti qadağandır.

2. Sosis, kolbasa, bulka, qızardılmış kartof

Xəstəlik zamanı yağda qızardılmış istənilən yeməklərdən, şirniyyatdan, acılı souslardan uzaq olmaq lazımdır.

3. Qoz 

Qoz gec həzm olunan yağlı qidadır. Tənəffüs çətinləşməsi və qrip, qızdırmada qoz orqanizm üçün əlavə enerji itkisidir. Ona görə qozla işinizi daha da qəlizləşdirməyin.