Fransada güclü qar qasırğası səbəbindən 41 min ev elektriksiz qalıb


Dünya 30 Yan 2019 22:11:00 212 0

Fransada güclü qar qasırğası səbəbindən 41 min ev elektriksiz qalıb

Fransa ərazisindən keçən "Qabriel" qar qasırğası 41 min evi elektriksiz qoyub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Fransanın "Enedis" elektrik təchizatı kompaniyasının məlumatında deyilir. Hazırda kompaniyanın əməkdaşları gücləndirilmiş iş rejiminə keçib. Axşam saatlarında regionda elektrik enerjisinin tam bərpa olunacağı gözlənilir.

"Qabriel" qasırğası yanvarın 30-na keçən gecə Fransa ərazisinə çatıb. Qasırğa sürəti saatda 110 kilometrə çatan güclü küləklərlə və intensiv qar yağması ilə müşayiət olunub. Bəzi yerlərdə qarın qalınlığı 10 santimetrə çatıb.